Bu gün səhər saatlarında Əlborz əyalətinin Nəzərabad şəhərində Salehiyə bataqlığı yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Əlborz əyalətinin Qızıl Aypara Cəmiyyətinin sədr müavini Əmir Abbaspur məlumat yayıb.
“Azadi hava limanından havaya qalxan yüngül təyyarə bataqlıq yaxınlığında qəzaya düşüb, nəticədə bir kursant həlak olub. Təlim təyyarəsinin pilotunun da vəziyyəti ağırdır və dərhal xəstəxanaya aparılıb”, - Abbaspur bildirib.
Qeyd edək ki, qəzanın səbəbi açıqlanmayıb.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır