Bəzi dairələrdə davaya meyilli namizədlərin olduğu müşahidə edilir.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bəzi namizədlər seçkiqabağı təşviqat zamanı öz rəqiblərinə qarşı xoşagəlməz ifadələr işlədirlər:
“Qaynar xətlərimizə də bununla bağlı müraciətlər daxil olur. Bu barədə dairə seçki komissiyaları ilə əlaqələr yaradılır. Bütün namizədlərə çağırış edirik ki, bir namizədin hüququnun başladığı yerdə digərinin hüququ bitir.
Biz həmişə dairə seçki komissiyalarına da çağırış edirik ki, bütün namizədlərin hüququ qorunsun. Əgər həmin namizədlər sui-istifadə hallarına yol verərlərsə, o zaman qanunun sərt tələblərini görəcəklər”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət