"90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir tablet gətirmişdilər. Azəbaycanda çox baha qiymətə idi. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim".
BUTA.TV axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, bu barədə heç yerdə danışmadığını bildirib
"Getdim bir qadının qapısını döydüm və ondan xahiş etdim ki, evinə gələn təmizlikçinin işlərini mən görüm. Ona verdiyi pulu mənə versin ki, uşağıma dərman alım. Çatdıra bilmirdim. O qadın da ağladı. Çünki ailəmi, nəslimi tanıyırdı. Təhsilimi də bilirdi. İmkanlı qadın idi. Dedi ki, "Gəl evimdə qal, kirayə pulu almayacağam. O kirayəyə ödədiyiniz pulu da uşağın dərmanlarına verərsən". İki il onun evində kirayə qalmışdım".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət