Moskva NATO ölkələrini Ukraynanın Rusiya ərazisinə hücumunda iştirakda ittiham edir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi, dəniz kollegiyasının sədri Nikolay Patruşev deyib.
"Qərb ölkələri cinayətkar xuntanı silahla gücləndirir, həmçinin onu kəşfiyyat məlumatları ilə təmin edir və hərəkətlərinə nəzarət edir. Kursk vilayətində əməliyyat həm də NATO və Qərb kəşfiyyat xidmətlərinin iştirakı ilə planlaşdırılıb. Bu cinayət əməlinə Kiyev rejiminin yaxınlaşan və qaçılmaz süqutunun xəbəri səbəb olub.
ABŞ rəhbərliyinin Kiyevin Kursk vilayətindəki cinayətlərdə iştirak etməməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir. ABŞ müntəzəm olaraq bir şey deyir, başqa şey edir. Onların iştirakı və birbaşa dəstəyi olmasaydı, Kiyev Rusiya ərazisinə daxil olmaq riskinə girməzdi", - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət