Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Bakıya gəlib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, V.Putinin Bakı səfərində diqqətçəkən onun zirehli xidməti avtomobilinin trapın yaxınlığında sahibini gözləməsidir. Həmçinin Rusiya prezidentinin xidməti maşınını müşayiət edən kortejdəki avtomobillər də onun mühafizəsində iştirak edirdilər.
Görünür, təhlükəsizliklə bağlı avtomobil karvanı, xidməti maşın da daxil olmaqla, xüsusi reyslə Bakıya gətirilib.
Xatırladaq ki, bu cür təcrübələrə ayrı-ayrı ölkələrin prezidentlərinin dövlət səfərlərində vaxtaşırı rast gəlinir. Azərbaycan Prezidenti İlham Əliyevin də bəzi səfərlərində xidməti avtomobili həmin ölkəyə aparılır.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır