İranda sərnişin avtobusu aşdı: 6 ölü, 18 yaralı...

10:54 - 20 Avqust 2024 - GÜNDƏM

 İranda sərnişin avtobusu aşdı: 6 ölü, 18 yaralı...

Bu gecə İranın Kirman-İranşəhr magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani məlumat verib.

Onun sözlərinə görə, avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

İrəndeqani qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı açıqlama verməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol