"Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.
Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.
"Köhlən atlar" Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (əsas vaxt - 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.
Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın "Lans" (1977/1978), Kiprin "Omoniya" (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda 4 dəfə fərqləniblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət