UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Klubdan BUTA.TV-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-i, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət