Xəzər dənizinin İran sahillərində suyun səviyyəsinin azalması narahatlıq doğurur.
BUTA.TV xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə rəisi Ümid Sadiqi İSNA-ya müsahibəsində bildirib.
“Yaxın 20 ildə dənizin dörddə biri quruya bilər. Xəzəryanı ölkələr bu məsələyə həsssas yanaşmalıdırlar. Xəzərə tökülən suyun 5 faizi İran çaylarının, 85 faizi isə Volqa çayının payına düşür. Nəticədə bizim Rusiya ilə daha çox qarşılıqlı fəaliyyətdə olmağımız və bunu koordinasiya etməyimiz lazımdır. Qazaxıstan və Azərbaycanın da Xəzərə tökülən çayları var və biz bu ölkələrlə də işləməliyik. Xəzərin səviyyəsinin enməsi çox vacib və həssas bir məsələdir”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət