Qərb uzun müddətdir ki, Paşinyanın yerinə alternativ namizəd axtarır.
BUTA.TV xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan deyib.
"Nə vaxtsa onlar Ermənistanın baş nazirinə növbədənkənar seçki təşkil etməyi məsləhət görəcəklər və bu seçkilərdə Paşinyanın yerinə namizədlər meydana çıxacaq. Qərb anlayır ki, Paşinyan hökuməti faktiki olaraq onun tələblərini təmin edə bilmir. Onlara, məsələn, Ermənistanın KTMT-dən çıxması lazımdır, nəinki bu barədə bəyanatlar vermək", - o bildirib.
Akopyan qeyd edib ki, Ermənistan hakimiyyəti Qərb qarşısında xal toplamağa və Rusiyaya cavab verib, ona qarşı fəaliyyət göstərə biləcəklərini nümayiş etdirməyə çalışır.
Onun sözlərinə görə, Rusiya artıq Paşinyanla maraqlanmır:
"Bu yaxınlara qədər belə deyildi, çünki Paşinyanın yeritdiyi siyasət Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, eləcə də Rusiya Federasiyasının Bakı və Ankara ilə yaxınlaşmasını qanuniləşdirdi. Ermənistan indi Moskvanı yalnız Zəngəzurdan keçən dəhlizə nəzarət məsələsində maraqlandırır ki, heç olmasa, bu dəhliz Qərbin nəzarətinə keçməsin".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət