Azərbaycanda parlament seçkiləri obyektiv şəraitdə keçirildi.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
O bildirib ki, hansısa neqativ hal görməyib: "Əlbəttə, seçici fəallığı prezident seçkilərində olduğu kimi deyildi. Amma bu, başadüşüləndir. Səbəblər məlumdur".
Politoloq, həmçinin Qarabağda ilk parlament seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: "Bu, mühüm tarixi hadisədir. Yeri gəlmişkən, deyim ki, mənim işim seçkilərin nəticəsi ilə bağlı proqnoz vermək deyil. Amma inanıram ki, yeni parlament etimadı doğruldacaq".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət