Sabah Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, rayonun Digah kəndində daşıyıcı qaz xəttinin su kanalından keçən 34 metr hissəsinin dayaqlar üzərinə qaldıraraq küçənin kənarı ilə yenidən quraşdırılması ilə ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Lənkəran şəhərinin A.İsmayılov, 28 May, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri, həmçinin Digah və Şiləvar kəndləri də daxil olmaqla ümumilikdə 2 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət