“Yaqi” superqasırğası Vyetnamın şimalında 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Vyetnam Təbii fəlakətlərə reaksiya və axtarış-xilasetmə işləri üzrə Milli Komitəsi məlumat yayıb.
Qasırğa daha çox paytaxt Hanoya, liman şəhərləri Kamfa, Monqkay, Hayfon və Halonqa, o cümlədən yaxınlıqdakı Thaybin, Hoabin və Hınqyen əyalətlərinə zərər vurub. 400-dən çox elektrik xətti, 27 yarımstansiyaya ciddi zərər dəyib, 121 min hektardan çox əkin sahəsi su altında qalıb. Sahil rayonlarında 38 gəmi və balıqçı gəmisi batıb.
Qeyd edək ki, “Yaqi” qasırğası sentyabrın 4-də Çinin cənub sərhədinə çatıb, daha sonra Vyetnam istiqamətində hərəkət edib. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət