Ukrayna ordusu rus qoşunlarının gizləndiyi meşəlik ərazilərə termit qarışığı səpmək üçün “əjdaha” adlanan dronlardan istifadə etməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Defens Nyus" nəşri məlumat dərc edib.
Məlumata görə, ekspertlər hesab edirlər ki, bu cür silahlardan istifadənin iki məqsədi var: onlar düşmən mövqelərini aşkar etmək və işğalçı qoşunlar arasında qorxu yaratmaq üçün ucuz vasitə rolunu oynayır.
"Bu termit dronlarının əsas hədəfi Rusiya qoşunlarının meşəlik ərazilərdə gizlənmək üçün istifadə etdiyi ağac və yarpaq örtüyünü məhv etməkdir. İkincisi, onlar çox güman ki, psixoloji silah kimi nəzərdə tutulub", - Kral Müdafiə Araşdırmaları İnstitutunun baş elmi işçisi Castin Bronk bildirib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır