Ermənistan inamla Qərbə doğru üz tutur. Paşinyan isə Moldovada seçkiləri gözləyir ki, daha sonra öz ölkəsində də eyni referendumu keçirə bilsin.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Bakı” portalına müsahibəsində deyib.
“Gürcüstandakı seçkilər də Cənubi Qafqazda vəziyyəti xeyli dəyişə bilər. Əgər Gürcüstanda qərbyönlü qüvvələr hakimiyyətə gəlsə (bu, təxminən 60 faiz ehtimaldır), o zaman Rusiya və Azərbaycanın regionda başqa vəzifələri olacaq. Onda bizim işlədiyimiz bütün müqavilələr tarixə düşəcək, çünki Cənubi Qafqazda Gürcüstan və Ermənistanın qərbyönlü birliyindən danışmaq olar.
Bundan əlavə, ABŞ Kamala Harrisin qalib gəlmə ehtimalı yüksək olan seçkilər gözlənilir. O zaman Trampın qələbə variantından fərqli olaraq nə Rusiya, nə də Azərbaycan üçün yaxşı heç nə gözləmək lazım deyil”, - Fyodorov bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət