ABŞ Prezidenti Co Baydenin administrasiyası vəziyyətin gərginləşəcəyi təqdirdə amerikalıların Livandan təxliyəsi üçün plan hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqonun nümayəndələrinə istinadən ”Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, hakimiyyət bir neçə variant hazırlayıb, onlardan biri təxminən 50 min ABŞ vətəndaşının Kiprə təxliyə edilməsini nəzərdə tutur.
Qeyd olunur ki, Vaşinqton son aylarda hərbi əməliyyatların intensivləşməsi riski ilə əlaqədar Amerika vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Xatırladaq ki, İsrail artıq ordunu şimal sərhədinə keçirib və Livana qarşı böyük hərbi əməliyyata başlayacağı gözlənilir. Livan Baş naziri Nəcib Mikati də ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır