VAZ-2105 və VAZ-2107 avtomobilləri dünya istehsalçılarının ən populyar nəqliyyat vasitələri siyahısında yeddinci yeri tutub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, reytinq Britaniyanın "Autocar" nəşri tərəfindən hazırlanıb.
Məlumatda qeyd olunub ki, mütəxəssislər reytinqi sözügedən avtomobillərin tirajlarını nəzərə alaraq tərtib ediblər.
Reytinqin lideri 1966-cı ildən 51 milyon nüsxədən çox satılan "Toyota Corolla" olub.
Sonrakı yerdə 43 milyon avtomobili satılan "Ford F-Series" pikapları qərarlaşıb. İlk üçlüyü "Volkswagen Golf" qapayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət