SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə rəhbərlik edən İlham Aslanov vəzifəsindən ayrılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.
O bildirib ki, bu gün keçirilən Kiberdiplomatiya konfransında İlham Abbasovu XRİTDX komandası ilə bir yerdə görüb:
“İlham Aslanov öz xahişi ilə SOCAR-da tutduğu vəzifəsindən uzaqlaşıb, hazırda XRİTDX rəisinin müşaviri vəzifəsində çalışır. Təxminən 20 ilə yaxın olar ki, İlham Aslanov SOCAR-da İT və Rabitə İdarəsinin rəisi olub. Böyük təcrübəyə malik olan İlham Aslanov sektorda peşəkarlardan hesab olunur”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət