“Reqnum” informasiya agentliyinin baş redaktoru Marina Əhmədova Bakıda Rus Evinin bağlanması ilə bağlı açıqlamalarından sonra təhdidlər aldığını və bunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını bildirib.
BUTA.TV xəbər verir ki, jurnalist bunu Teleqram kanalında yazıb.
Əhmədovanın iddiasına görə, o, Rus Evinin bağlanmasına cavab olaraq Moskvada da Azərbaycan nümayəndəliklərinə qarşı oxşar addımların atılmalı olduğuna dair açıqlamasından dərhal sonra Teleqram vasitəsilə təhdid dolu mesajlar alıb. Mesajlarda ondan Azərbaycan haqqında yazmamaq tələb edilib, hətta boğazının kəsiləcəyi ilə hədələnib. Jurnalist qeyd edib ki, ilkin mesajlar Azərbaycana aid görünsə də, sonradan mesajların tonunda dəyişiklik hiss olunub.
“Mənə Donetskdə həlak olan bir qızcığazın fotosunu göndərdilər. Onu Ukrayna Silahlı Qüvvələrinin mərmisi öldürmüşdü. Bu, Mələklər Xiyabanından olan bir uşaq idi. Fotoya təhqiramiz ifadələr və mənim də eyni aqibətlə üzləşəcəyimə dair təhdidlər əlavə edilmişdi", - Əhmədova bildirib.
Əhmədova bu mesajlarda Ukrayna xüsusi xidmət orqanlarının əli olmasından şübhələnib. Onun fikrincə, Ukraynanın məqsədi Rusiya daxilində milli zəmində gərginlik yaratmaqdır.
Əhmədova aldığı bütün təhdid mesajlarını hüquq-mühafizə orqanlarına təqdim etdiyini və bundan sonra da Rusiyada diasporların olmaması istiqamətində fəaliyyət göstərəcəyini bildirib.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Reqnum” xəbər agentliyinin baş redaktoruna hədə-qorxu ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır