İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətiyə etimad göstərməyərək, onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb. İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu, Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifi vitse-prezident təyin etmişdi. Cavad Zərif ötən ilin avqust ayında da istefa vermişdi. Zərif o zaman prezidentin nazirlərin seçimindən narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq, onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu, Zərifin narazılığına səbəb olmuşdu. Görünür, Zərif hesab edirdi ki, islahatçı prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir.
Zərifin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifi müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq”, - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət