Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasının iştirakçılarını münaqişədən sonrakı dövrdə Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırıb.
BUTA.TV xəbər verir ki, iclasda çıxış edən nazir azad edilmiş ərazilərdə bərpa prosesi və münaqişədən sonrakı dövrdə Azərbaycanın sülh səyləri barədə danışıb.
Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir, Ermənistan konstitusiyasında Azərbaycana qarşı qalan ərazi iddialarının yekun sülh sazişinin imzalanması yolunda maneə olduğunu vurğulayıb.
C.Bayramovun sözlərinə görə, sülhə gedən yolda digər bir çağırış Ermənistanın keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq vermək istəməməsidir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət