Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, deputat-general Andrey Qurulev Rusiyanın Azərbaycan mallarının idxalına qadağan qoya biləcəyini deyib.
O eyni zamanda qeyd edib ki, Moskva bu ölkədəki azərbaycanlı sahibkarları "çimdikləyə" bilər:
“Xüsusi hərbi əməliyyat anlayışı genişdir və Rusiyanın bütün sərhədləri boyunca tətbiq oluna bilər ”.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanla bağlı təhdidlər Kreml təbliğatçıları Vladimir Sоlovyev və Yuri Podolyak tərəfindən səsləndirilib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət