Uzun müddətdir Azərbaycanla müzakirə olunan sənədlə tanış olmuşuq və Ermənistan tərəfinin Azərbaycana təklif etdiyi məqamları hissə-hissə görmüşük.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının üzvü Geqam Manukyan deyib.
“Əvvəllər müzakirə olunan sənəddə sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar SSRİ Baş Qərargahının xəritələrinin heç vaxt qeyd olunmadığı barədə deyilənlər yanlışdır. Ermənistan tərəfi bunu təklif edib və bunu çoxdan gözümüzlə görmüşük. İndi bu, dərc olunan sənəddə (paraflanmış sülh sazişində) yoxdur. Mübahisələrin həlli ilə bağlı delimitasiya komissiyasında (İrəvan tərəfindən) beynəlxalq iştirak da təklif olunurdu, bu da yoxdur”, - Manukyan qeyd edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət