Rusiya 2019-cu ildə Ankaraya satdığı S-400 zenit-raket komplekslərini Türkiyədən alıb, başqa ölkəyə satmaq istəyir.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə Türkiyənin “Nəfəs” nəşri çıxış edib.
Bildirilib ki, Moskvada ehtiyatda göndərilməyə hazır heç bir sistem yoxdur - mövcud olanların hamısını Rusiyanın özü istifadə edir.
"Bu arada Türkiyənin Rusiyanın S-400-lərinə ehtiyacı hər il azalır. Ölkə özünün “Polad Qübbə” milli hava hücumundan müdafiə sistemini inkişaf etdirir. Bundan əlavə, S-400 NATO strukturuna inteqrasiya oluna bilməz və sistemin raketləri artıq istismar müddətinin yarısını işləyib və texniki xidmət tələb edir", - nəşr vurğulayıb.
Nəşr xatırladıb ki, Türkiyə Rusiyadan 2,5 milyard dollara iki S-400 diviziyası alıb (müqavilə 2017-ci ildə imzalanıb, tədarüklər 2019-cu ildə başlayıb). Lakin bu alış ABŞ-ın sərt reaksiyasına səbəb olub: CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq edilib və Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından çıxarılıb.
Bu gün Türkiyə F-16 qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı danışıqlar aparır, həmçinin F-35 layihəsinə qayıtmağı gözləyir, buna görə də Ankara Rusiya sistemlərinin geri qaytarılması variantını nəzərdən keçirə bilər.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır