Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib.
BUTA.TV xəbər verir ki, iclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;
2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;
3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;
4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət