Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
BUTA.TV xəbər verir ki, məktubda qeyd olunur:
"Zati-aliləri.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib.
Bu əlamətdar hadisə, həmçinin Ermənistanla tarixi razılaşmanın əldə edilməsini, bununla da Qafqaz regionunun davamlı sülh və yeni iqtisadi imkanlar dövrünə qədəm qoymasında Zati-alinizin dövlət xadimi kimi müstəsna xidmətlərini və uzaqgörən liderliyini yüksək qiymətləndirmək üçün yaxşı fürsətdir.
Zati-aliləri, 2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır.
Ən qısa zamanda Zati-alinizə münasib vaxtda Pakistana səfərinizi səbirsizliklə gözləyirik. Bu baxımdan, məmnunluqla bildirirəm ki, heyətlərimiz həmin səfər zamanı bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi şəkildə başladılması üçün bəzi məsələləri yekunlaşdırmaq istiqamətində səylə çalışırlar.
Bu xoş fürsətdən istifadə edərək, Pakistanın qardaş xalqlarımızın rifahı naminə əlaqələrimizi çoxşaxəli, qarşılıqlı faydalı strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmində olduğunu bir daha vurğulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır