Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb. Əvvəlki baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim etmişdi.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət