Tehran və Bakı qarşılıqlı hörmət əsasında təhlükəsiz və ortaq gələcək qurmaqda qərarlıdır.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı Azərbaycana səfəri ilə bağlı deyib.
“İran və Azərbaycan arasındakı münasibətlər sadəcə coğrafi yaxınlıq deyil, , onlar Araz çayının hər iki tərəfindəki xalqların qədim qohumluğuna əsaslanan dərin tarixi, mədəni və sivilizasiya əlaqələrini əks etdirir. Bu münasibətlər hazırda bütün sahələrdə - iqtisadi və tranzit, siyasi, mədəni və humanitar - inkişaf edir və hər iki ölkə ortaq dəyərlərə əsaslanan əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir”, - Arakçı bildirib.
Qeyd edək ki, İran xarici işlər naziri Abbas Arakçı dekabrın 7-də Azərbaycana səfər edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət