Düşünmürəm ki, Ukrayna-Rusiya müharibəsində kimsə qalib gəlir. Ruslar artıq həftədə yeddi və ya səkkiz min əsgərini itirir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “Ukrayna enerji infrastrukturuna gecə hücumları da daxil olmaqla, fövqəladə ziyana məruz qalıb. Bu ölkəni yenidən qurmaq üçün milyardlarla dollar və illər lazım olacaq. Bu, mənasız bir müharibədir.
Yəqin ki, yer üzündə iki tərəfi bir araya gətirərək bu müharibəni danışıqlar yolu ilə başa çatdırmaq potensialını müzakirə edə biləcək yeganə millətik. Bunun çox unikal bir öhdəlik olduğunu düşündüyümüz üçün imtina etməyəcəyik. Təəssüf ki, bu, reallaşmaya da bilər. Ümid edirəm ki, reallaşacaq”, - o bildirib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır