Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat üzrə həmin şəxsin axtarışı elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Mətanət Hüseynova barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət