Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan, ölkəmizin sənət ictimaiyyəti üçün çox ağır itkidir. Yeri doldurulmayacaq bir əfsanə getdi bu dünyadan. Onun ölümü mənim üçün çox böyük itkidir. O, mənim sənət yaradıcılığımda böyük rol oynayıb. Rasim Balayevlə birgə rol oynamaq məni zirvələrə qaldırdı.
BUTA.TV xəbər verir ki, bu fikirləri İstanbulda Azərbaycan mətbuatına açıqlamasında Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova səsləndirib.
Rasim Balayevlə mütəmadi olaraq əlaqə saxladıqlarını qeyd edən aktrisa deyib: “Biz əlaqəmizi heç bir vaxt kəsmədik. Ötən il Türkiyənin “Now tv” kanalında yeni serial çəkilişlərinə başlanacaqdı. Orada Rasim müəllimin çəkilməsini xüsusi olaraq istədilər. Rasim müəllimlə əlaqə saxladım, mətni də göndərdik. Bütün bayramlarda danışırdıq. Hətta son dəfə yeni ildə danışmışdıq. Mənə bir səs yazısı göndərdi, o səs hələ də qalır. Son günlərdə heç kiminlə görüşmək istəmirdi”, - deyə Məlahət Abbasova vurğulayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət