Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb. Belə ki, "Toyota" markalı avtomobil ilə "Hunday" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində "Toyota"da olan 1 nəfər ölüb, 2 nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Toyota" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində nəqliyyat vasitəsinin mühərriki və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1 nəfər həyatını itirib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır