Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 29-da gecə saatlarında Yevlax-Ləki yolunda baş verib.
Şuşadan olan keçmiş məcburi köçkün Şakir Həsənov özünə məxsus VAZ-2107 avtomobilində idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində Ş.Həsənovun nəvəsi, avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva dünyasını dəyişib, sürücü özü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Ş.Həsənov ailəsi ilə birlikdə Şuşa şəhərinə gedirmiş. O, yolda sükan arxasında yuxulayıb və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət