UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.
BUTA.TV federasiyanın saytına istinadən xəbər verir ki, müraciətdə komandanın səkkiz oyunçusunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyi bildirilir:
“Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də “Murov” klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun”.
Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi “Murov” – “UNEC” qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız “Azərreyl”–“Abşeron” qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət