Almaniyanın müdafiə naziri Kristin Lambrext kansler Olaf Şoltsdan onu tutduğu vəzifədən azad etməyi xahiş edib.
BUTA.TV xəbər verir ki, bu barədə bazar ertəsi DPA agentliyi Müdafiə Nazirliyinin rəhbərinin şəxsi bəyanatına istinadən məlumat yayıb.
Lambrext qeyd edib ki, medianın onun şəxsiyyətinə diqqət yetirməsi və son aylar onun əməllərinin müzakirəsi Bundesverin ehtiyacları və ordunun vətəndaşların maraqları naminə inkişafı ilə bağlı müzakirələrə kölgə salıb.
“Bununla əlaqədar mən vəzifəmi tərk etmək qərarına gəldim”, - nazir bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Lambrextin istefa verəcəyi ilə bağlı mediada məlumat yayılmışdı.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət