Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə İsveç və Finlandiyanın düşməni deyil:
“Biz bu ölkələrin Alyansa üzvlüyünə qarşı çıxmırıq. Onlar öz ölkələrini müdafiə etmək üçün NATO ilə əməkdaşlıq etmək istədikləri kimi, biz də terrorla mübarizədə əməkdaşlıq və dəstək istəyirik. Onlar öz ölkələrinin müdafiəsi və təhlükəsizliyi üçün dəstəyimizi istəyirlər, lakin terrorla mübarizə ilə bağlı tələblərimizi rədd edirlər. Türkiyəyə, Prezidentimizə, bayrağımıza, Qurana, müqəddəs dəyərlərimizə qarşı hər cür alçaqlıq, biabırçılıq, iyrənc cəhdləri görməzlikdən gəlmək, bunlara qarşı susmaq, etinasız qalmaq qəbuledilməzdir”.
H.Akar bildirib ki, İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət