Dostum Çavuşoğluya, Türkiyə hökuməti və xalqına Yunanıstan hökuməti və xalqının başsağlığını çatdırmaq istəyirəm.
BUTA.TV xəbər verir ki, bunu Adanada səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib.
“Burada axtarış-xilasetmə işlərində iştirak edən yunan heyətin fəaliyyətindən məmnunuq. Amma bunu demək istəyirəm ki, Yunanıstan hökumətinin Türkiyəyə verdiyi dəstək bununla bitməyəcək. Həm ikili, həm də Avropa Birliyi səviyyəsində əlimizdən gələni etməyə davam edəcəyik. Bir az əvvəl Çavuşoğlunun dediklərini təkrarlamaq istəyirəm. Münasibətlərimizin düzəlməsi üçün daha bir zəlzələyə ehtiyac yoxdur. Xalqımın türk vətəndaşlarına yardım etməsindən qürurlanıram”, - Dendias bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət