Azərbaycanla Ermənistan arasında danışıqlar 3 istiqamətdə aparılır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyanın Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı deyib.
O, danışıqların əsas istiqamətinin münasibətlərin nizamlanması, nəqliyyat-kommunikasiyalarının, iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlik olduğunu bildirib:
“Ermənistan hakimiyyəti Cənubi Qafqazda stabillik və sülhün bərpası üçün qəti addımlar atır, eləcə də Azərbaycanla danışıqlara konstruktiv cəlb edilib”.
Paşinyan həmçinin Qarabağ məsələsinin Ermənistanla Azərbaycanın normallaşma prosesindən ayrılmasına razılaşdığını, amma bunu Bakı və Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşdırılması məntiqi ilə etdiyini deyib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət