Etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə hakim komandanın, parlament çoxluğunun, eləcə də qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, “yalan maşını” qanun layihəsini mənfi formada təqdim etdiyindən, cəmiyyətin müəyyən hissəsini çaşdırıb və ziddiyyətli fikirlər yaranıb:
“Rusiya hüququ” damğası vuruldu və onun ilk iclasda qəbul edilməsi ölkənin Avropa kursundan dönməsi kimi təqdim olundu. Cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hakim qüvvə olaraq qərara gəldik ki, qeyd-şərtsiz, heç bir razılıq olmadan, tərəfimizdən dəstəklənən qanun layihəsini geri götürək”.
Qeyd edək ki, “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulu Gürcüstanda genişmiqyaslı aksiyalara səbəb olub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət