Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq.
BUTA.TV xəbər verir ki, bunu BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaksinlər kütləvi məhsullar kimi satılmalıdır:
“Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika “Modena” adlı vaksin istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinlərin bərabər bölüşdürülməsini təmin etməlidir. Pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Biz buna ayrıca danışıqlar mövzusu kimi baxmalıyıq. Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət