Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
BUTA.TV xəbər verir ki, açılış matçında "Qəbələ" "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 58-ci dəqiqədə "qırmızı-qaralar"dan Ramon Maçado açıb. "Qartallar" 69-cu dəqiqədə Eldar Quliyevin qolu ilə tarazlığı bərpa ediblər. Lakin cəmi 10 dəqiqə sonra fərqlənən Ruan Renato əyalət təmsilçisinə vacib qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 39-a çatdıran "Qəbələ" "Zirə"ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə 5-ci sıraya enib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır