Ermənistan Kreml əmr etmədiyi təqdirdə heç vaxt KTMT-dən çıxmayacaq. Paşinyan tamamilə Putinə tabedir. Paşinyanın Qərbin agenti olması ilə bağlı illüziyalarınızı saxlayın.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Tvitterdə canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırarkən deyib.
“Simonyanlar və digərləri antipaşinyan obrazı yaratmağa cəhd edirlər. Fikrimcə, Paşinyan Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaratdığı ən yaxşı layihədir. Sadəcə, belə fikirləşirəm. Paşinyanın sayəsində Ermənistan həlli olmayan problemə çevrildi. Qarabağ klanının idarə etdiyi Ermənistan sərt struktur idi. Hazırda dövlət və hərbi strukturların deyil, Vardanyan, Karapetyan kimi onlarla oliqarxın köməyi ilə idarə olunan müasir Ermənistan xüsusi xidmət orqanlarının oyunları üçün ideal məkandır”, - Şevçenko bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət