Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun tərtib etdiyi Ümummilli lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabının təqdimatı keçirilib.
BUTA.TV xəbər verir ki, Konfutsi İnstitutu tərəfindən nəşr olunan kitabın təqdimatında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Din Tao, səfirliyin nümayəndələri və universitetin əməkdaşları, eyni zamanda tələbələr iştirak edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev Çin Xalq Respublikası ilə uğurlu diplomatik əlaqələr yaratmışdı. Bugünkü geniş əlaqələrin əsası məhz 1994-cü ildə ulu öndərin Çinə olan tarixi səfəri zamanı qoyulmuşdu.
ADU-nun rektoru akademik Kamal Abdulla kitabın çap olunmasını yüksək qiymətləndirib. Bildirib ki, ADU ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur.
Təqdimatda həmçinin Ulu öndərin 1994-cü ildə Çinə etdiyi səfəri əks etdirən videoçarx nümayiş olunub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət