Ukrayna Silahlı Qüvvələri “Patriot” zenit-raket kompleksinin köməyi ilə “ballistikanı” vura bilən dünyada ilk ordu oldu. Söhbət mayın 4-nə keçən gecədən gedir. Məhz həmin tarixdə Rusiyanın “Xəncər” raketi məhv edilib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
Onun sözlərinə görə, hazırda Ukraynada “ballistikaya” qarşı iki növ hava hücumundan müdafiə sistemi mövcuddur: bunlar "Patriot" və "SAMP/T":
"Patriot”dan istifadənin təsirli uğuruna baxmayaraq, Ukrayna hələ də öz səmasını tam qoruya bilmir. Mövcud hava hücumundan müdafiə sistemləri bunun üçün kifayət etmədiyindən "F-16" qırıcılarına ehtiyac var. Bu qırıcılar "Kinjal" kimi aerodinamik hədəfləri vurmağa qadirdir. “Xəncər”ın məhv edilməsi Rusiya üçün şok olub, çünki o, bu tip raketlərin döyüş meydanında “super silah” olması ilə dəfələrlə öyünüb".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət