Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var. Keçmişdə Azərbaycanın yerini bilməyənlər bu gün Bakıya tez-tez gələrək "bizə qaz verin" deməyə başladılar.
BUTA.TV xəbər verir ki, bu fikirləri Report-a müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, keçmişdə Azərbaycanın üzünə baxmayanlar bu gün "Azərbaycan çox yaxşı ölkə, İlham Əliyev də yaxşı liderdir" deməyə başlayıblar:
"Amma bu, mənfəət dünyasıdır. Bizim üçün önəmli olan Türkiyə və Azərbaycan xalqının rifahı üçün nə addımlar ata bilərik deyə düşüncəsində olmaqdır. Ona görə TANAP boru xəttinin həcmini artırmaq lazımdır. Bu gün tək özümüz üçün deyil, Avropa da başda olmaqla dünyanın ehtiyacını qarşılamaq üçün işbirliyi edirik".
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət