İran Müdafiə Nazirliyi “Xürrəmşəhr” sinfinə məxsus ən son uzaqmənzilli strateji ballistik raketini təqdim edib. Bu, əvvəlki raket modellərinin təkmilləşdirilmiş versiyasıdır.
BUTA.TV xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.
“Biz silahlı qüvvələri müxtəlif raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çalışırıq. Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı böyük partlayıcı gücə malikdir. Yeni raket “Xeybər” adlandırılıb”, - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət