Türkiyəli tanınmış jurnalist Fateh Portağal haqqında ittiham irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, F.Portağal İzmirin Səfərihisar rayonunda prezident seçkilərinin 2-ci turunda səs verdiyi zərfi qutuya atarkən “zəfər işarəsi” göstərib. Onunla birgə Yaşıl Sol Partiyasından seçki komissiyasının üzvü də eyni işarəni göstərib.
AKP üzvü olan vəkil Arif Yeğən bunun seçki qanunvericiliyinə zidd olduğunu vurğulayıb və məsələnin hüquqi ölçüdə həll olunması üçün rayon üzrə Seçki Şurası İdarəsinə müraciət edib.
O, eyni zamanda Yaşıl Sol Partiyasından seçki komissiyasının üzvünün vəzifəsindən uzaqlaşdırılmasını da tələb edib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır