Ukrayna ABŞ-ı əmin edib ki, amerikalılardan aldığı silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə etməyəcək.
BUTA.TV xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
"Biz onlara özlərini müdafiə etmək və ərazilərini, Ukrayna torpaqlarını qorumaq üçün lazım olanları verməyə davam edəcəyik, lakin Rusiyaya hücumu dəstəkləmirik. Biz razıyıq ki, ukraynalıların özünümüdafiə hüququ var. Biz bildirdik ki, Rusiya daxilində hücumları təşviq etmək və ya asanlaşdırmaq istəmirik, çünki biz artıq Ukrayna xalqının başına gələn miqyasdan kənar zorakılığın artmasını istəmirik", - Ağ Ev rəsmisi söyləyib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır