İyunun 2-nə keçən gecə Kiyevə dron və qanadlı raketlərlə hücum həyata keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko deyib.
“Raket buraxılışları Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən və “X-101/555” tipli qanadlı raketlərlə həyata keçirilib. PUA-lar eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib. İlkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri 30-dan çox müxtəlif təyinatlı hava hədəflərini aşkar edərək məhv edib. Dağıntı və tələfat barədə məlumat yoxdur”, - Popko bildirib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır