Milyarder Corc Soros 25 milyard dollarlıq imperiyasına nəzarəti ailənin vəsaitini ultrasolçu təbliğata xərcləməyə söz verən oğlu Aleksə ötürüb.
BUTA.TV xəbər verir ki, bu barədə 37 yaşlı varis “Voll Strit Jurnal”a danışıb.
O bildirib ki, atasının siyasi hədəflərini genişləndirəcək, lakin səsvermə hüququ və abort hüququ, həmçinin gender bərabərliyi kimi digər prinsipləri də dəstəkləyəcək.
Sorosun qeyri-kommersiya Açıq Cəmiyyət Fondu “dünyada insan haqlarını dəstəkləyən və demokratiya quran” qruplara ildə təxminən 1,5 milyard dollar ianə edir.
Ötən ilin dekabrında fondun idarə heyəti Aleksi sədr seçib.
Aleks bildirib ki, Trampın Ağ Evə qayıtması ehtimalından narahatdır və Soros ailəsi 2024-cü ildə keçiriləcək prezident seçkilərində demokratlara dəstək göstərəcək.
Qeyd edək ki, Tramp ona qarşı ittiham irəli sürən prokurorun Soros tərəfindən pulla ələ alındığını da iddia edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət